Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb
# 10 dekabr 2019 23:15 (UTC +04:00)

Bakının Sabunçu rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1972-ci il təvəllüdlü Əhmədov Tahir Cəlal oğlu xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona hər iki baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR