Dövlət Gömrük Komitəsi GMO məhsulların Azərbaycana gətirilməsi barədə xəbərlərə aydınlıq gətirib

Dövlət Gömrük Komitəsi GMO məhsulların Azərbaycana gətirilməsi barədə xəbərlərə aydınlıq gətirib
# 28 iyul 2015 13:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilən qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilən malların ölkə ərazisinə daxil olmasına yol verilmir.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bəzi KİV-də genetik modifikasiya olunan (GMO) məhsulların ölkə ərazisinə gətirilməsi ilə bağlı yanlış xəbərlər yayılıb.

Mətbuat xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

"Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Hazırda geni modifikasiya olunan məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR