Türkiyə Silahlı Qüvvələrinin Metina düşərgəsində keçirdiyi əməliyyat zamanı PKK-nın yüksək rütbəli üzvü öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Metina düşərgəsində keçirdiyi əməliyyat zamanı PKK-nın yüksək rütbəli üzvü öldürülüb
# 01 avqust 2015 19:53 (UTC +04:00)

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi mənbələrdən bildirilib ki, PKK-ya qarşı aparılan əməliyyatlarda F-16 və F-4 döyüş təyyarələrindən istifadə olunub.

Hərbi mənbədən həmçinin bildirilib ki, Türk Silahlı Qüvvələrin həyata keçirdiyi əməliyyatlarda mülki vətəndaşlar qətiyyən hədəfə alınmayıb və bu kimi iddialar tamamilə əsassız və yalandır: “Bu kimi yalan məlumatlar PKK terror təşkilatının yaydığı dezinformasiyadır”.

Qeyd edək ki, Firat agentliyinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrin Zergele yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində 9 mülki şəxs ölüb, 15 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR