Aleksandr Lukaşenkonun kortejinin qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb - VİDEO

Aleksandr Lukaşenkonun kortejinin qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 16 iyul 2015 01:49 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 7-də yerli vaxtla 21.00 radələrində, Aleksandr Lukaşenko Aleksandriya şəhərindən Minskə dönərkən baş verib.

“BMW” markalı avtomobil prezident kortejinin tərkibindəki “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb, avtomobildə olan sərnişinlər ciddi xəsarət alıblar”, deyə sosial şəbəkələrdə hadisənin şahidləri paylaşıb.

Məlumata görə, Aleksandr Lukaşenkonun özü qəzaya uğrayan avtomobildə olmayıb. Avtomobildə mühafizə xidmətinin əməkdaşlarının olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

“BMW”-nin sürücüsü barəsində artıq cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR