“Sonsuz dəhliz” filmi Madrid festivalının mükafatlarına layiq görülüb - FOTO

“Sonsuz dəhliz” filmi Madrid festivalının mükafatlarına layiq görülüb - <span style="color: red;">FOTO
# 14 iyul 2015 08:23 (UTC +04:00)

İyulun 10-da Madrid və Tenerife beynəlxalq film festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. “Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır.

Madrid və Tenerife beynəlxalq film festivallarında aldığımız bütün mükafatlar, həmçinin “Accolade Global Film Competition” müsabiqəsində aldığımız “The Best of Show” mükafatını biz filmin qəhrəmanlarına və Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik. “Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar həmçinin “Emmi” və “Oskar” (Akademiya Mükafatları) mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Və bu mükafatı aldığımıza görə bizim gələn il üçün “Emmi” mükafatları almaq şansımız artır. “Sonsuz dəhliz” filmi bütün dünyada keçirilən 60-dan artıq kino festivallarına təqdim edilib. Çoxları onu artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrikada keçirilən nüfuzlu Keyptaun Film Festivalıdır. Həmçinin, gələn ay Toronto IFF və AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcək”.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

“Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin, Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR