İrəvanda növbəti etiraz aksiyası keçirilib

İrəvanda növbəti etiraz aksiyası keçirilib
# 22 avqust 2015 11:00 (UTC +04:00)

Bakı-APA. Ötən gün saat 19.00-da İrəvanın Respublika Meydanında “Qalx, Ermənistan” qrupu növbəti etiraz aksiyasının keçirib. APA-nın 1in.am saytına istinadən verdiyi məlumata görə, təşəbbüs qrupu Ermənistan vətəndaşlarını şinlərlə Respublika meydanına gəlməyə və hökumətin istefasının tələb etməyə çağırıb.

İştirakçılar sıra ilə düzülərək küçəni bağlayıblar, daha sonra asfaltda oturublar. Polis güc tətbiq edərək küçəni açıb. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polislərdən biri aksiya iştirakçısına zərbə endirib. Hazırda həmin şəxsin səlahiyyətlərinin əlindən alındığı və araşdırma başlandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR