Liviya Milli Razılıq Hökuməti atəşkəs elan edib

Liviya Milli Razılıq Hökuməti atəşkəs elan edib
# 12 yanvar 2020 13:11 (UTC +04:00)

Liviya Milli Razılıq Hökumətinin Tripolidə keçirilən iclasında Baş Nazir Faiz Sərac Türkiyə və Rusiyanın təşəbbüsü çərçivəsində atəşkəs elan edib.

APA-nın məlumatına görə, bu barədə hökumətin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq Liviya Milli Razılıq Hökuməti 12 yanvar gecə yarısından atəşkəs elan edib. Eyni zamanda BMT-nin rəhbərliyi altında atəşkəsin qorunması üçün tədbirlər görülməsi vacib sayılıb. F. Sərac hökuməti Almaniyanın vasitəçiliyi ilə Liviya böhranının tənzimlənməsi üçün konflikt tərəflərinin iştirakı ilə keçiriləcək konfransa dəstəyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu 12 yanvar gecə saat 12.01 radələrindən hərbi əməliyyatları dayandırdığını bəyan edib.

Xatırladaq ki, yanvarın 8-də İstanbulda R. T. Ərdoğan və V. Putin Liviyada münaqişə tərəflərini yanvarın 12-dən hərbi əməliyyatları dayandırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR