Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.