PKK-nın qadın təşkilatının rəhbərlərindən biri öldürülüb

PKK-nın qadın təşkilatının rəhbərlərindən biri öldürülüb
# 08 yanvar 2020 14:52 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının nəzdindəki “Kürdüstan Azad Qadın Partiyasının” (PAJK) rəhbərlərindən olan Esma Erat məhv edilib.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, "Delal Nurhak" kod adlı E. Eratla birlikdə onun sürücüsü, “Zilan Kobani” kod adlı şəxs də öldürülüb.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü E. Erat PKK terror təşkilatına 1989-cu ildə qatılıb. Terror təşkilatının lideri Abdullah Öcalan tərəfindən 1993-cü ildə onun siyasi və hərbi təhsili təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR