Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək

Gələn il keçiriləcək imtahanlarda 15 minə yaxın nəzarətçi iştirak edəcək
# 29 dekabr 2016 07:43 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.

DİM-dən APA-ya verilən xəbərə görə, sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib.

Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR