Bakıda vətəndaşı təhdid edən qrup zərərsizləşdirilib

Bakıda vətəndaşı təhdid edən qrup zərərsizləşdirilib
# 04 mart 2019 18:21 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakinlərindən biri yaranmış borc probleminin həlli ilə bağlı borclu olduğu şəxsin tanışları tərəfindən təhdid edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, müraciətlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 5 nəfər saxlanılıb.

Onlardan bıçaq, narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılanlardan birinin Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə axtarışda olması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR