Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb
# 17 aprel 2017 15:07 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6%, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3%, emal sənayesi üzrə 38,3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1%, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7% (xam neft və təbii qaz hasilatı üzrə 8,7%, metal filizlərin hasilatı üzrə 5,7%) ucuzlaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7% bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9,0%, geyim istehsalı üzrə 6,5%, toxuculuq sənayesi üzrə 4,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1%, qida məhsullarının istehsalı üzrə 1,4%, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8%, tikinti materiallarının istehsalı üzrə 0,3% bahalaşıb, içki istehsalı üzrə 1,8%, kimya sənayesi üzrə 0,8%, neft məhsullarının istehsalı üzrə 0,7%, metallurgiya sənayesi üzrə 0,4%, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2% ucuzlaşıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR