Mehriban Əliyeva Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi ilə görüşüb

Mehriban Əliyeva Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi ilə görüşüb
# 11 mart 2019 16:37 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.

ONA "Azərtac"a istinadən xəbər verir ki, görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR