Naxçıvanda kreditləşmə 4 dəfə artıb

Naxçıvanda kreditləşmə 4 dəfə artıb
# 23 mart 2018 07:59 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11 mln. 261 min 500 manat məbləğində kreditlər verilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8 mln. 435 min 100 manat və ya 4 dəfə çoxdur. 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 mln. 826 min 400 manat məbləğində kreditlər verilib.

Verilmiş kreditlərin 685 min 800 manatı və yaxud 6,1%-i qısamüddətli, 10 mln. 575 min 700 manatı və yaxud 93,9%-i uzunmüddətli kreditlər olub.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 mart 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 66 226-ya çatıb ki, bunun da 57722-si və ya 87,2%-i aktiv hesablardır. 2018-ci ilin yanvar-fevral aylarında açılmış 2002 bank hesabının 1967-si aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2018-ci il tarixə 1265-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR