Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası xidmət və müəssisə rəhbərlərinə müraciət edib

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası xidmət və müəssisə rəhbərlərinə müraciət edib
# 19 mart 2018 06:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) xidmət və müəssisə rəhbərlərinə müraciət edib.

Administrasiyadan "APA-Economics"ə verilən məlumata görə, Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) 2018-ci il martın 20-dən 26-dək fəaliyyət göstərməyəcək.

Məlumata görə, uçuşların təhlükəsizliyi ilə bağlı təcili məsələlərin həlli üçün Administrasiyaya, qeyri-müntəzəm reyslərin yerinə yetirilməsi ilə bağlı məsələlərin həlli üçün cədvəllərin planlaşdırılması və tərtib edilməsi şöbəsinə, müntəzəm reyslərin yerinə yetirilməsi ilə bağlı təcili məsələlərin həlli üçün hava daşımalarına nəzarət şöbəsinə müraciət olunmalıdır.

Bu sorğular yalnız xidmət və müəssisə rəhbərləri tərəfindən göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR