Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb

Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb
# 30 avqust 2017 10:03 (UTC +04:00)

Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 29-da saat 15 radələrində Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində Sabirabad rayon sakini Rafiq Xudayev idarə etdiyi “VAZ-21043” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21214” markalı avtomobilə vurub. Nəticədə R. Xudayev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR