Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”
# 18 iyul 2018 15:32 (UTC +04:00)

“Ermənistanda media azadlığı görüntü xarakteri daşıyır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Ermənistanda fəaliyyət göstərən “Region” araşdırma mərkəzinin direktoru Laura Baqdasaryan Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin martında Ermənistanda qanunvericiliyə edilmiş dəyişikliklər yerli media tərəfindən anlaşılmaz və mənfi qarşılanıb: “Dəyişikliklərə əsasən, Ermənistan hökumətinin iclası mətbuat üçün qapalı keçiriləcək. Aprel ayında ilk dəfə hökumətin iclası jurnalistlərin iştirakı olmadan baş tutub”.

L. Baqdasaryan qeyd edib ki, digər dəyişikliyə əsasən, Ermənistan baş nazirinin icazəsi olmadan heç bir nazir mediaya hər hansı aktual məsələ ilə bağlı açıqlama verə bilməz.

Ermənistanda son siyasi dəyişikliklərə toxunan L. Baqdasaryan bildirib ki, media dinc aksiyalar başlandığı ilk gündən onları işıqlandırmaqdan çəkinirdi: “İctimaiyyət üçün həmin dövrdə yeganə məlumat mənbəyi onlayn media və sosial şəbəkələr olub. Aksiyaların keçirildiyi günlər Ermənistanda internet trafik 300% artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR