Parlament seçkiləri ilə əlaqədar Topaz Premyer Liqasının təqvimində dəyişiklik ediləcək

Parlament seçkiləri ilə əlaqədar Topaz Premyer Liqasının təqvimində dəyişiklik ediləcək
# 23 oktyabr 2015 08:30 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XI turunun təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, noyabrın 1-ə təyin edilən qarşılaşmalar planlaşdırıldığı vaxtda oynanılmayacaq.

Buna səbəb həmin gün Azərbaycanda parlament seçkilərinin keçirilməsidi. Bunu nəzərə alan Peşəkar Futbol Liqası (PFL) oyunların oktyabrın 31-də baş tutmasını qərara alıb.

Qeyd edək ki, XI turda “Qarabağ” – AZAL, “Kəpəz” – “Qəbələ”, “İnter” – “Zirə”, “Sumqayıt” – “Neftçi” və “Rəvan” – “Xəzər Lənkəran” oyunları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR