Bakı. Türbət Bağırova - APA. Dağıstanın Süleyman-Stal rayonunda keçirilmiş xüsusi əməliyyatın aktiv fazası baş çatıb, 5 silahlı zərərsizləşdirilib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Öldürülən silahlıların bu il fevralın 15-də Cemikent postundakı terror aktı ilə bağlılığının olması ehtimal edilir. Bununla yanaşı, keçirilən əməliyyatdan sonra xüsusi təyinatlı polis dəstəsinin 1 döyüşçüsü öldürülüb, daha ikisi isə Gejux kəndi yaxınlığında aldığı yaralardan keçinib. Yaralanan daha 3 hərbçİ xəstəxanaya yerləşdirilib.