Goranboyda naməlum avtomobil piyadanı vurub öldürüb

Goranboyda naməlum avtomobil piyadanı vurub öldürüb
# 04 yanvar 2016 14:00 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə hadisə yerindən qaçıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR