"Rosselxoznadzor" Türkiyədən limon idxalına qadağa qoyacaq

"Rosselxoznadzor" Türkiyədən limon idxalına qadağa qoyacaq
# 12 may 2016 13:03 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Kənd Təsərrüfatı Mallarına dövlət nəzarəti xidməti (Rosselxoznadzor) gələn həftədən etibarən Türkiyədən qabaq, limon və qreypfrutun idxalını dayandırmağı planlaşdırır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qurumun rəhbəri Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın qəbuluna fitosanitar qaydaların sistematik pozulması olub.

S. Dankvert bildirib ki, Türkiyədən gətirilən məhsullarda fitosanitar qaydaların pozulması hallarına çoxdan rast gəlinir. Bununla yanaşı, o, qurumun qərarında hər hansı siyasi motivin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, “Rosselxoznadzor” mayın 16-dan etibarən Türkiyədən Rusiyaya kahı idxalına müvəqqəti məhdudiyyət tətbiq ediləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR