Koloradoda 4 nəfər atışmanın qurbanı olub

Koloradoda 4 nəfər atışmanın qurbanı olub
# 01 noyabr 2015 02:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kolorado ştatında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “7 News Denver” telekanalı məlumat yayıb. İnsident ötən gün axşam saatlarında baş verib.

Məlumata görə, şübhəli şəxs və hadisə yerinə çağırılmış polis əməkdaşları arasında atışma baş verib. Atışma zamanı silahlı şübhəli şəxs öldürülüb. Polis əməkdaşlarından yaralanan yoxdur.

İnsidentlə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR