10 ölkə Liviyada milli birlik hökumətinin qurulmasına çağırıb

10 ölkə Liviyada milli birlik hökumətinin qurulmasına çağırıb
# 28 noyabr 2015 02:36 (UTC +04:00)

Bakı-APA. Yalnız milli birlik hökuməti Liviyanı birləşdirərək ölkədə sabitliyi bərpa etməyə qadirdir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ, Əlcəzair, Fransa, Almaniya, İtaliya, Mərakeş, İspaniya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya hökumətlərinin birgə bəyanatında deyilir.

“Biz qəti şəkildə tərəfləri milli birlik hökumətinin qurulmasına çağırırıq. Məhz milli birlik hökuməti ölkədə sabitliyin bərpası, vahid dövlətin qorunub saxlanılması, qanunu idarəetmənin tətbiqi üzrə işlərə başlamalıdır”, sənəddə qeyd olunur.

Bəyanatda Tobrukda yerləşən, beynəlxalq aləm tərəfindən tanınan Nümayəndələr Palatası və Tripolidəki Ümummilli Konqresin nümayəndələrinin münaqişənin nizamlanması ilə bağlı səyləri alqışlanıb. Sənəddə həmçinin BMT-nin Liviya üzrə yeni xüsusi nümayəndəsi Martin Koblerin ünvanına dəstək ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR