Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı artır

Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı artır
# 14 yanvar 2016 07:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanda “donuz qripi”ndən daha bir ölüm faktı qeydə alınıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Erebuni tibb mərkəzində 57 yaşlı Astxik Manvelyan virusdan ölüb. Xəstəxananın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şuşan Unanyan isə bildirib ki, ölən qadın şəkərli diabet xəstəsi olub.

Qeyd edək ki, bununla da Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 11-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR