Sabirabadda fərdi evdə yanğın olub

Sabirabadda fərdi evdə yanğın olub
# 13 iyun 2016 01:41 (UTC +04:00)

Bakı-APA. Sabirabadda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağında 1 kv.m sahədə döşəmə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR