Azər Kərimli seçicilərlə növbəti görüşlərini keçirib

Azər Kərimli seçicilərlə növbəti görüşlərini keçirib
# 26 oktyabr 2015 16:55 (UTC +04:00)

Bakı – APA. Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

APA-nın məlumatına görə, A. Kərimli bu gün rayonun Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərində seçicilərlə görüşlər keçirib.

Hər üç kənddə keçirilən görüşlərdə seçicilər A. Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər.

Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərinin sakinləri əsas problemlərinin təbii qazla bağlı olduqlarını deyiblər və bu məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

A. Kərimli Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərinin turizm potensialına malik olduğunu və bu potensialın təbliği üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini deyib.

Görüşlərdə A. Kərimlinin son 5 ərzində gördüyü işlər, o cümlədən Qax rayonun turizm potensialının təbliği ilə bağlı həyata keçirdiyi fəailiyyət slaydlar vasitəsilə nümayiş etdirilib.

A. Kərimli eyni zamanda Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. O, Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonunun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR