BP-nin prezidenti Azərbaycan prezidentinə başsağlığı verib

BP-nin prezidenti Azərbaycan prezidentinə başsağlığı verib
# 07 dekabr 2015 18:15 (UTC +04:00)

Bakı – APA. bp şirkətinin prezidenti Bob Dadli Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: ““Günəşli” yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin. Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir. Həlak olan işçilərin ailələrinə səbr diləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR