Paytaxtda yol qəzası zamanı xəsarət alan şəxs ölüb

Paytaxtda yol qəzası zamanı xəsarət alan şəxs ölüb
# 16 sentyabr 2015 07:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində yol qəzası zamanı xəsarət alan şəxs ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 8-də saat 17:30 radələrində Mərdəkan - Bakı yolunda Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Zahid Məmmədov idarə etdiyi, banka məxsus “Toyota Camry” markalı avtomobillə 1972-ci il təvəllüdlü Ədalət Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Hüseynov sentyabrın 15-də orada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR