Gəncə şəhər sakini dərmandan zəhərlənib

Gəncə şəhər sakini dərmandan zəhərlənib
# 12 oktyabr 2015 07:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini dərman zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1985-ci il təvəllüdlü Tofiq Abdullayevə dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

T. Abdullayevin evdə əsəbiləşdiyi üçün müxtəlif dərman həbləri içdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR