Tovuzda ər və arvad dəm qazından zəhərlənib

Tovuzda ər və arvad dəm qazından zəhərlənib
# 18 dekabr 2015 06:52 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Avaztəpə kənd sakini, 1969-cu il təvəllüdlü Elçin Məmmədov və həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülaf Məmmədova dəm qazı zəhərlənməsi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, zəhərlənmə evdə qaz sobasından ayrılan dəm qazından baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR