Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda mənzildə qadın meyiti aşkarlanıb
# 02 oktyabr 2015 15:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda mənzildə meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1946-cı il təvəllüdlü Kotrova Nadejda Mixaylovnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. N. Kotrovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR