Ölümlə nəticələnən yol qəzası törədən şəxsin şikayəti üzrə məhkəmə başa çatıb

Ölümlə nəticələnən yol qəzası törədən şəxsin şikayəti üzrə məhkəmə başa çatıb
# 11 may 2016 16:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səyyad Farizlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Farizli 6 il müddətinə azadlıqdan məhrum edilib.

S.Farizli Cinayət Məcəlləsinin 263.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

S.Farizlinin idarə etdiyi avtomobil aşıb. Qəza nəticəsində dostu Röyal Həsənov dünyasını dəyişib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR