MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib

MTRŞ bir neçə şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verib
# 03 dekabr 2015 14:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Dekabrın 3-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb, onlara 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR