Azərbaycan filmi ABŞ-da mükafata layiq görülüb

Azərbaycan filmi ABŞ-da mükafata layiq görülüb
# 17 sentyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan filmi ABŞ-ın nüfuzlu Qısametrajlı Filmlər Festivalında mükafata layiq görülüb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 10-da Vaşinqtonda 12-ci “DC Shorts” qısametrajlı film və ssenari festivalı (“DC Shorts Film Festival & Screenplay Competition”) işə başlayıb.

Kinofestivalda ilk dəfə iştirak edən Azərbaycan festivala “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun iştirakı ilə həyata keçirilmiş “Üç tarix” adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimova tərəfindən çəkilmiş “Tanrıya məktub” adlı qısametrajlı filmlə qatılıb.

Dünyanın 24 ölkəsindən 125 filmin iştirak etdiyi “Tanrıya məktub” qısametrajlı filmi tamaşaçı rəğbəti nominasiyasında festivalın yüksək mükafatına layiq görülüb.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ilin oktyabr ayında start verilmiş “Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.

Layihə çərçivəsində çəkilmiş filmlər müxtəlif beynəlxalq festivallarda iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR