Tanınmış mağazalardan birinin menecerini öldürən şəxsin məhkəməsi başlayıb

Tanınmış mağazalardan birinin menecerini öldürən şəxsin məhkəməsi başlayıb
# 07 iyun 2016 16:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 21-də Bakıda tanınmış mağazalardan birinin meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR