Ukraynada ölən azərbaycanlı alim Moskvada dəfn olunub

Ukraynada ölən azərbaycanlı alim Moskvada dəfn olunub
# 30 avqust 2016 14:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın İvano-Frankivsk şəhərində tanınmış azərbaycan alim Əlibayram Abdulzadə ölüb. İvano-Frankivsk vilayəti azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov APA-ya bildirib ki, İvano-Frankivsk Neft və Gaz Universitetinin Texniki elmlər kafedrasının rəhbəri, professor Ə. Abdulzadə Moskvada vəfat edib və orada yaşayan ailəsinin istəyi ilə orada dəfn olunub.

80 yaşında vəfat edən Ə. Abdulzadə neft və qaz istehsalı ilə sahəsində Ukraynada və digər Avropa ölkələrində tanınmış alim olub. O əslən Azərbaycanın Şamaxı şəhərindəndir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR