Bakıda III "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək

Bakıda III "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək
# 12 noyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda III “Mövsüm Səyahət Yarmarkası” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili məhsullarının təqdim olunması məqsədilə təşkil olunacaq.

Yarmarka Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə baş tutacaq və 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaq.

Tədbir çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.

Tədbir zamanı konsert proqramlarının nümayişi nəzərdə tutulub. ABŞ-dan jazz qrupunun ifası, müğənni Gabriel Stravelli və jazz triosunun (Jim Riedl piano, Patrick O'Leary bas, İordaniya Young zərb alətləri) çıxışı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR