BMT Sivilizasiyalar Alyansının Nazirlər Toplantısında Bakıda keçiriləcək Qlobal Forumun təqdimatı keçirilib

BMT Sivilizasiyalar Alyansının Nazirlər Toplantısında Bakıda keçiriləcək Qlobal Forumun təqdimatı keçirilib
# 02 oktyabr 2015 08:42 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, toplantıda BMT-nin baş katibi Pan Ki Mun, Sivilizasiyalar Alyansı üzrə BMT Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT Baş Assambleyasının Prezidenti Morgens Yukketov, EKOSOS-un Prezidenti Oh Yoon, Türkiyənin xarici işlər naziri Feridun Şirinoglu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və başqaları çıxış edərək BMT Sivilizasiyalar Alyansının əhəmiyyətini qeyd edib, 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək Alyansın 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə tədbirə hazırlığı, ölkəmizin mədəniyyətlərarası dialoq prosesində rolunu qeyd edib və Azərbaycanın müasir inkişafı, çoxəsrlik multikultural ənənələri, ölkə başçısının himayəsi ilə keçirilən beynəlxalq tədbirləri əks etdirən film nümayiş etdirilib.

Tədbir BMT TV tərəfindən internet vasitəsilə canlı yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR