Azərbaycanda polis zabiti respublika çempionu olub

Azərbaycanda polis zabiti respublika çempionu olub
# 28 sentyabr 2015 11:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda polis əməkdaşı respublika çempionu adını qazanıb. APA-nın məlumatına görə, polis zabiti Mircavad Kazımzadə 25-27 sentyabr tarixlərində Bakıda “Powerlifting” idmanının “Bench-press” növü üzrə böyüklər arasında keçirilən respublika çempionatında 180 kq ağırlığı qaldıraraq qızıl medala layiq görülüb.

Bu mötəbər yarışda M.Kazımzadə 90 kq çəki dərəcəsində çıxış edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən M.Kazımzadə 2009-cu ildə Finlandiyada keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.

APA-nın əldə etdiyi məlumata görə, M.Kazımzadə Azərbaycan prokurorluq orqanlarında çalışan Mircavan Kazımovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR