Rusiyada qətl törədən Azərbaycan vətəndaşı 22 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyada qətl törədən Azərbaycan vətəndaşı 22 il müddətinə azadlıqdan məhrum edilib
# 25 noyabr 2015 12:38 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sankt Peterburq şəhərində qətl, qətl törətməyə təşəbbüs və iki qadına qarşı cinsi təcavüzdə təqsirləndirilən 28 yaşlı Azərbaycan vətəndaşına hökm oxunub.

APA-nın “rosbalt.ru” saytına istinadən verdiyi xəbərə görə, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 il azadlıqdan məhrum edilib.

Bildirilir ki, 2014-cü ilin oktyabrın 2-də kafedə spirtli içki qəbul edən Azərbaycan vətəndaşı qadınlara zor tətbiq edərək onları ayrılıqda ölümcül döyüb.

Qurbanlardan biri hadisə yerində ölsə də, digəri özünə gələrək polisə müraciət edib. Müraciət əsasında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR