Bakıda zəncirvari yol qəzası baş verib, 7 nəfər xəsarət alıb

Bakıda zəncirvari yol qəzası baş verib, 7 nəfər xəsarət alıb
# 18 mart 2016 02:58 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Səbail rayonunda zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Xaqani küçəsində qeydə alınıb. Sürətlə hərəkətdə olan "BMW X6" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə yol kənarında dayanan 6 avtomobili əzib və işıq dirəyini aşırıb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Onlardan üçü İran İslam Respublikasının vətəndaşlarıdır. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan üçünün vəziyyətinin orta ağır olduğunu bildiriblər. Digərlərinin xəsarətləri isə nisbətən yüngül olub. Verilən məlumata görə, hadisəni törədən "BMW X6" eyni markalı avtomobil ilə ötüşürmüş və qəza da bu zaman baş verib. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR