Rusiya BMT TŞ-də Ukraynada “Boeing”in qəzaya uğraması ilə əlaqədar tribunal haqqında qətnamənin əleyhinə səs verəcək

Rusiya BMT TŞ-də Ukraynada “Boeing”in qəzaya uğraması ilə əlaqədar tribunal haqqında  qətnamənin əleyhinə səs verəcək
# 28 iyul 2015 04:36 (UTC +04:00)

Bakı-APA. Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynada Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar tribunalın keçirilməsini nəzərdə tutan qətnamə layihəsinin əleyhinə səs verəcək. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

“Biz əleyhinə səs verəcəyik, və mənim bunda heç bir şübhəm yoxdur. Əgər qətnamə 9 və daha çox səs toplayacaqsa – bu veto olacaq. Təəssüflər oldun ki, 9 səsin verilməsinə böyük ehtimal var”, deyə Çurkin bildirib.

Çurkin Malayziya tərəfindən təqdim edilən qətnamə layihəsinin səsverməyə çıxarılmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki qətnamənin səsverməyə çıxarılması iyulun 29-na planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR