Bakı. Könül Kamilqızı - APA. 2014-2015-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərini 47 425 şagird bitirib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, məzunlardan 26924-ü 9-cu, 20501-i isə 11-ci siniflərin payına düşür.
Bu il 33310 şagird paytaxt məktəblərinin birinci sinfini bitirib.
İndiki məlumata əsasən, gələn il birinci sinfə getmək üçünsə 41007 uşaq qeydiyyatdan keçib.