Dini ekstremizmə qarşı əməliyyat zonasında KİV-in fəaliyyətini əməliyyatı aparan orqan müəyyənləşdirəcək

Dini ekstremizmə qarşı əməliyyat zonasında KİV-in fəaliyyətini əməliyyatı aparan orqan müəyyənləşdirəcək
# 12 oktyabr 2016 12:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.


APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklifində əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR