Bank Of Baku

Britaniyada beş nəfəri, sonra isə özünü öldürən şəxsin kimliyi açıqlanıb

Britaniyada beş nəfəri, sonra isə özünü öldürən şəxsin kimliyi açıqlanıb
# 13 avqust 2021 13:22 (UTC +04:00)

Britaniyanın Plimut şəhərində silahlı insident törədən şəxsin adı açıqlanıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, silahlı insident törədən şəxs 23 yaşlı Cek Devison olub. O, üçü qadın, ikisi kişi olmaqla beş nəfəri öldürdükdən sonra özünü öldürüb. Yerli millət vəkillərindən birinin verdiyi məlumata görə, atışma nəticəsində ölənlərdən biri 10 yaşlı uşaqdır.

Baş nazir Boris Conson özünün “Twitter” səhifəsindən həyatını itiərənlərin yaxınlarına başsağlığı verib: "Mənim düşüncələrim dünən Plimutdakı faciəli hadisə nəticəsində həyatını itirənlərin dostları və ailəsi ilə, həmçinin hadisədən təsir görən hər kəslədir",-deyə Baş nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR