Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib
# 26 may 2015 13:08 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov MDB üzvü olan dövlətlərin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR