Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır
# 07 fevral 2018 09:44 (UTC +04:00)

"Hazırda Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır".

APA-nın məlumatına görə, bunu Macarıstanın Azrbaycandakı səfiri Viktor Sederkenyi deyib. O bildirib ki, xüsusi təhsil proqramı çərçivəsində təhsil alanların sayı 387 nəfərdir: "Macarıstan bu il də Azərbaycan üçün 200 yerlik təqaüd proqramı təqdim edib. Hazırda ərziə qəbulu gedir. Bugünə kimi 400-dən çox namizəd ərizə təqdim edib. Ərizələrin qəbulu fevralın 16-da bitir".

Səfir qeyd edib ki, səfirlikdə ilk dəfədir mədəniyyət və təhsil üzrə diplomat fəaliyyətə başlayıb. O, bu sahədə tədbirlərin daha da artacağını söyləyib: "Macarıstan hazırda Vişeqrad qrupuna sədrlik edir. Bununla bağlı Bakıda konsert proqramının təşkili gözlənilir. Bakıda keçiriləcək Tolerantlıq festivalında biz də öz filmimizi təqdim edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR