Nigeriya sularında dəniz quldurlarının “Duke” tankerinə hücumu zamanı azı 20 hindistanlı dənizçi qaçırılıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Raviş Kumar bildirib.
“Dekabrın 15-də Afrikanın qərb sahilində “Duke” gəmisinin 20 hindistanlı heyət üzvünün qaçırılmasından narahatıq. Bu, bölgədə Hindistan vətəndaşlarının ziyan gördüyü üçüncü bənzər hadisədir”, - Kumar jurnalistlərə açıqlamasında belə deyib.
Diplomatın sözlərinə görə, rəsmi Dehli Abucadakı səfirliyi vasitəsi ilə Nigeriya hakimiyyəti ilə baş vermiş insidenti araşdırır və davamlı əlaqə saxlayır.