Türk lirəsi antirekord yeniləməkdə davam edir

Türk lirəsi antirekord yeniləməkdə davam edir
# 10 yanvar 2017 08:58 (UTC +04:00)

Siyasi qeyri-müəyyənlik və terror təhlükəsi ilə əlaqədar ötən gün Türkiyədə rekord səviyyədə bahalaşan dolların məzənnəsi bu gün də yüksəlməkdə davam edir.

APA-Economoics” xəbər verir ki, bu gün türk lirəsinə nəzərən dolların məzənnəsi 3,77 lirəyədək bahalaşıb. Bununla da dollara nisbətdə Türkiyənin milli valyutası antirekordu yeniləyib.

Qeyd edək ki, ötən gün dollara nəzərən Türkiyənin milli valyutası 3,7440 səviyyəsinədək ucuzlaşıb. “Bloomberg” agentliyinin hesablamalarına əsasən ötən gün lirə birjalarda ən çox ucuzlaşan valyuta olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR