"Azərsu" daha bir xidmətini elektronlaşdırıb

"Azərsu" daha bir xidmətini elektronlaşdırıb
# 30 iyun 2015 10:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Artıq I qrup istehlakçılar su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün texniki şərtləri almaq məqsədilə müraciəti portal üzərindən elektron şəkildə göndərə bilərlər.

Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, "I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətindən faydalanmaq üçün mövcud autentifikasiya vasitələrindən istifadə edərək portala giriş edib "Azərsu" ASC-nin xidmətləri arasından sözügedən xidməti seçmək lazımdır. "Elektron hökumət" portalı üzərindən müvafiq müraciəti formalaşdırarkən sistem vətəndaşa aid məlumatları avtomatik əks etdirir, vətəndaş isə sadəcə müraciət üzrə bəzi məlumatları daxil etmək həvalə olunur.

Beləliklə, "I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti" e-xidmətdən istifadə edərkən vətəndaşlar vaxta qənaət edərək, bir neçə dəqiqədə ərzində müraciəti aidiyyatı quruma göndərə bilərlər.

Qeyd edək ki, I qrup istehsalçılar dedikdə istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr nəzərdə tutulur.

Xatırladaq ki, "Elektron hökumət” portalı vasitəsilə su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi də mümkündür. "Elektron hökumət” portalı üzərindən "Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR